Sellülitdən necə azad olmaq olar?
Badam gücləndirci və müalicəvi xüsusiyyətlərə sahibdir. Bu provans neməti dərini nəinki mükəmməl qidalandırır, həmiçinin tərkibində gücləndirici və müalicəvi xüsusiyyətləri ilə də seçilir. L’OCCITANE qızıl gül və badam qönçələri və həmçinin badam proteini üzrə iki böyük patent üçün müraciət edib.
Daha elastik dəri üçün 5 əsas qayda
1. Bədəninizi masaj edin: qarın, yan və bud nahiyəsinə diqqət ayırın. Gücləndirici məhsullarınızı hər zaman effektiv masaj texnikası ilə birləşdirin.
2. Bədən üçün skrablardan istifadə edin ki, dərinizi ölü hüceyrələr və çirklənmədən təmizləyəsiniz.
3. Yağ yandıran qidalar qəbul edin: balqabaq, alma, limon, yaşıl çay, bibər, ananas, brokkoli və sair.
4. Modelləşdirici geldən istifadə edin ki, sellülitin yaranmasının qarşısını alasınız.
5. Yüngül teksturalı hamarlaşdırıcı kremdən istifadə edin ki, dəriniz daha hamar olsun, ayaqlarınıza yüngül gəlsin.
Gözəl və elastik dəri üçün sadə addımları kəşf edin
1 - DƏRİNİZİ OYADIN
Bədəninizi Badam duş skrabı ilə oyadın: bədəninizi duşda zərifcəsinə masaj edin. Üyüdülmüş badam qabığı ölü hüceyrələri və çirki təmizləyəcək. Dəriniz yumşaq və hamar, bütün digər prosedurlara tam hazır olacaq.
Duş qəbulunu Badam duş yağı ilə edin. Su ilə kontakt zamanı bu mükəmməl və cəzbedici yağ südlü köpüyə çevriləcək. Dərinizi sadəcə durulayın və dərinizin yumşaq və elastik olduğunu hiss edin. Unutmayın ki, bu məhsul dəridə heç bir yağlılıq buraxmır.
2- DƏRİNİZİ QİDALANDIRIN
Gündəlik bədən qulluğunuzu zərif və eyni zamanda effektiv bədən yağı ilə daha intensiv edin. Keyfiyyətli yağ, dərinizin xarici görünüşünü dəyişir.
Dərinizə elastiklik bəxş edəcək badam yağının istifadəsi üçün səbəblər axtarırsınız? Bu zaman sizə bir deyil, bir neçə səbəb təqdim edək.
Dəriyə tez hopan, yüngül və eyni zamanda mükəmməl teksturaya malik olan bu yağ dərinizi elastik, nəmlənmiş və komfortlu edir.
Dəriyə gözəl parlaqlıq və hamarlıq bəxş edir.
Şirin badam ətri.
Masajdan zövq almağa kömək edir.
3- DƏRİNİZİ NƏMLƏNDİRİN
Bir çoxlarına bədən yağı kifayət olduğu halda, bir çoxları da əlavə nəmləndiricilərə ehtiyac duyur. Bunlar hamısı sizin dərinizin ehtiyacına bağlı olan məsələlərdir. Dəri qulluğunuzun intensiv ritualını krem və ya losyon ilə yekunlaşdırın!
Badam bədən kremi, normal və quru dərilər üçün ideal seçim ola bilər, dərini qidalandıraraq, yumşaldacaq. Güclü badam ekstraktı ilə zənginləşdirilmiş bu krem, dəridə əriyir, ona elastiklik və hamarlıq bəxş edir, 48 saat nəmləndirməni təmin edir.
Badam Losyonu, eyni ilə normal dəriyə uyğundur, yüngül teksturaları sevənlər üçün əla məhsuldur. Losyon dəriyə tez hopur və dərini yumşaq edir, nəmləndirir.
İşıq saçan mikro-hissəciklər isə dəriyə parlaqlıq effekti verir. Yay ayları üçün ideal seçimdir.
Bədən üçün Badam Balzamı, normal və quru dərilər üçün uyğundur, intensiv nəmləndirmə bəxş edir. Balzamın intensiv və eyni zamanda dəridə əriyən teksturası dəriyə ultrayumşaqlıq bəxş edir. Dəri qulluğu ritualında daimi istifadəyə yararlıdır.