
BİZİM DƏYƏRLƏR
L'OCCITANE, Provansın, sizin gözəlliyinizə bəxş edə biləcək, ən mükəmməl nemətlərini təklif edir. Hər gün biz ətraf təbiəti qorumağı özümüzə borc bilirik. O təbiət ki, bizi hər gün təəccübləndirməyə davam edir.
L'OCCITANE - PROVANSDAN BAŞLAYAN, SƏYAHƏTDİR
Hər şey Provans bazarlarında başlayır. 23 yaşlı Olivye Bossan, sadəcə bir distillə, kiçik yük maşını və bitkilər haqqında bilikləri ilə, rozmarindən efir yağı əldə edir və onu yerli Provans bazarlarında satmağa başlayır. Zaman içində Bossan istehsalını genişlədərək, efir yağlarından sabun və kremlərin istehsalına keçmişdir. Bossan fəaliyyətində doğulduğu torpaqlardan ilhamlanıb və təbii gözəlliyi dünyaya bəxş etməyə başlayıb.

İNQREDİENTLƏRİN ETİBARLI MƏNBƏLƏRİ
L'OCCITANE 130'dan çox Fransa fermeri və 10.000'dən çox məhsul toplayanlar ilə işləyir. Bu proses Korsika adasında solmaz çiçəyi sahələrindən Provansın lavanda sahələrinə qədər uzanır. Bu proses üstəlik bizə inqredientlərin yüksək keyfiyyətdə olmasını təmin edir və istehsalını rasionallaşdırır.
ARAŞDIRMALAR VƏ İNNOVASİYALAR
BİZİM İNKİŞAFA DƏSTƏK OLAN ARAŞDIRMALAR
effektiv təbii kosmetika istehsalının əsasını təşkil edən təbiətin izlənməsi, araşdırmalarımızın əsas istiqamətidir. L'OCCITANE bu araşdırmalara böyük maliyyə ayırır. 100 araşdırmacıdan ibarət komanda Yuxarı Provansın Mərkəzində, Manoskedə yerləşən 11 laboratoriyada araşdırmalar aparırlar. Araşdırmalar molekulyar biogiyadan bitki yetişdirilməsinə qədər böyük mövzuları əhatə edirlər. Beləliklə, biz daim məhsulların effektivliyini və təhlükəsizliyini inkişaf etdirməyə davam edirik.
BİZİM ÖHDƏLİKLƏR
BİZİM DƏYƏRLƏR BÜTÜN DÜNYA İNSANLARINA ŞAMİL EDİLİR
Bizim qlobal icmamız, 2006-cı ildə yaradılmış L'OCCITANE fondu tərəfindən dəstəklənir. Bizim əsas iki istiqamətimiz dünyada görmə qabiliyyəti pozulmuş şəxslərə kömək etmək və Burkino-Fasoda qadınların işlə təmin edilməsidir. Bundan başqa fond əməkdaşları Yaponiyada sunami sonrası dağıntıların bərpasından Provansda təbiət mirasının qorunmasına kimi məsələlərlə məşğul olurlar.