FORMULLARIMIZIN TƏRKİBİ NƏDİR?

“BİZİM, DÜNYA VƏ SİZİNLƏ OLAN ƏLAQƏLƏRİMİZ”

L’Occitane en Provence hər zaman olduğu kimi, müştərilən təhlükəsizliyi və ətraf mühitə təsirinin azalmasına yönəlik fəaliyyətinə sadiqdir. Biz həmçinin məhsullarımızın keyfiyyətini azaltmadan, teksturalarımızda daha dərin hiss və ətirlərdən istifadə edirik.

SƏVİYYƏLƏR

SƏVİYYƏ 1: BEYNƏLXALQ NORMALAR

Biz məhsullarımızın təhlükəsizliyinə və effektivliyinə sadiqik və bu gün ən sərt olan AB kosmetik qaydaları da daxil olmaqla, bütün dünya qaydalarına tam uyğun gələn məhsullar istehsal edirik. Hər gün 30 nəfərdən ibarət komanda məhsullarımızın təhlükəsiz və tələblərə uyğun olmasını təmin etmək üçün işləyir. Bu işlər fikir mərhələsindən başlayır və məhsulun bütün yaşam dövrü boyu davam edir.



SƏVİYYƏ 2: FORMULLARININ HAZIRLANMA STANDARTLARI

«Sizin qayğınıza necə qalırıq?»

Bizim təbiətə və insanlara inamımız öz standartlarıızın işlənib hazırlanmasına səbəb oldu. Biz nəinki normativ tələblərə riaət edirik, həmçinin öz seçimimizi dünya ilə bölüşürük. Biz istifadəsinə üstünlük verdiyimiz inqredientləri dəqiq ortaya qoyuruq, orta dərəcədə isitfadə etdiyimiz qeyri təbii inqredientlərə daim təbii alternativ axtarırıq. Bəzilərinin istifadəsini isə tamamilə dayandırırıq.