GÖZ ƏTRAFI HƏSSAS DƏRİ ÜÇÜN QULLUQ

Sizin gözləriniz gözəlliyinizin ən böyük neməti ola bilər. Lakin göz ətrafı incə dəri, yaşlanmanın ilk əlamətlərinin və stresin, yorğunluğun göstəricisi kimi çıxış edə bilir. Bir neçə sadə üsulla gəncliyinizin parlaqlığını geri qaytara bilərsiniz.
Göz ətrafı dəri niyə xüsusi qullqu tələb edir?
Göz ətrafı dəri üzün digər hissələrinə nisbətən daha incədir və ətraf mühitin mənfi təsirlərinə daha həssasdır. Bu nahiyədə olan dəri daha tez nazikləşməyə meyillidir. Nazik dəri daha tez elastikliyini itirdiyi üçün, bu nahiyədə yaşlanma əlamətləri daha tez əmələ gəlir. Bunun nəticəsində göz ətraf nahiyə xüsusi qulluğa və diqqətə ehtiyac duyur.
Gözətrafı şişkinliyi azaldın
GÖZƏTRAFI ŞİŞKİNLİK VƏ HƏSSASLIĞI AZALDIN
Soyuq kompress tətbiq edin. Lakin diqqət edin həddindən çox soyuq olmasın. Uzanın və gözlərinizi nəm çay paketləri ilə və ya antioksidantlarla zəngin olan xiyar dilimləri ilə örtün. Bununla gözlərinizdəki həssaslığı aradan qaldıracaqsınız.
Çobanyastığı çayı ilə yorğun və şişmiş gözlərinizi dincəldin. Çobanyastığı çiçəkləri axan suda dəmləyin. Daha sonra süzün və soyuducuya, soyuması üçün qoyun. Pambıq diskləri artıq soyumuş çayda isladın və göz ətrafı nahiyənizdə 15 dəqiqə ərzində saxlayın, uzanın ki, gözləriniz dincəlsin.
Soyuq qaşıqdan istifadə edin. Şişkinliyi tez bir zamanda aradan qaldırmaq üçün, göz ətrafı nahiyəni ehmalca soyuq qaşıq ilə masaj edin. Qaşığı öncədən soyuducuda saxlayın.
Gözətrafı qulluğun 6 qızıl qaydası
1 - Xüsusi olaraq, göz ətrafı nahiyə üçün nəzərdə tutulmuş məhsullardan istifadə edin.
2 - Göz makiyajını təmizləyərkən, pambıq disklərindən istifadə edin. Makiyajı ehmalca, dartma və sıxma hərəkətləri olmadan silin.
3 - Çalışın daha böyük günəş eynəklərindən istifadə edin. Bu zaman siz həm gözlərinizi, həm də göz ətrafı dərinizi günəş şualarından qorumuş olacaqsınız.
4 - Səhərlər 8:00-10:00 arası bir stəkan su için, 250 ml
5 - Kərəviz, limon, ispanaq və xiyardan şirə çəkin və için. Duz qəbulunu azaldın.
6 - İstirahətə yetərincə zaman ayırın və yastığınızı çalışın biraz dik tutun!
Gözətrafı qulluq vasitələrimizi kəşf edin
Gözətrafı qulluğun qızıl qaydaları
1
Xüsusi göz ətrafı nahiyə üçün nəzərdə tutulmuş vasitələrə üstünlük verin, aqressiv məhsullardan uzaq durun.
2
Gündəlik olaraq, cavanlaşdırıcı və qoruyucu xüsusiyyəti olan, gözətrafı kremlərdən istifadə edin.
3
Göz makiyajını təmizləyərkən, pambıq disklərindən istifadə edin. Makiyajı ehmalca, dartma və sıxma hərəkətləri olmadan silin.
4
Çalışın daha böyük günəş eynəklərindən istifadə edin. Bu zaman siz həm gözlərinizi, həm də göz ətrafı dərinizi UVA və UVB şualarından qorumuş
olacaqsınız.
5
Dərinin elastikliyini qorumaq üçün gün hər səhər 200-250 ml su için.
6
Kərəviz, limon, ispanaq və xiyardan şirə çəkin və için. Bununla da orqanizminizi vitamin, mineral və fermentlərlə qidalandırın ki, gözətrafı şişkinlikləriniz azalsın.

7
Duz qəbulunu azaldın. Beləki duz, orqanizmdə suyu saxlayır və şişkinliklərə səbəb olur.
8
İstirahətinizə yetərli qədər vaxt ayırın. Yuxusuz qalmaq dərinizin istismarına gətirib çıxardacaq.
9
Yastığınızı dik tutun. Kürəyi üstə yatın və başınızın altına çalışın qulaq balışı qoyasınız. Bu sadə üsulla da gözətrafı şişkinliyi aradan qaldıra bilərsiniz.