Yumşaq əllər, sevgi: ən yaxşı hədiyyə əl kremləridir
Bizim zəhmətkş əllərimiz daim iş görürlər, dadlı yemək bişirməkdən tutmuş, sevimli kitabın vərəqlənməsinə qədər. Keyfiyətli əl kremi onların dərisini yumşaq və elastik edəcək. İdeal formula seçərkən kremin teksturası barəsində düşünürük: təbii şi ağı ilə zənginləşdirilmiş balzam lazımdırmi və sizin dərinizi sakitləşdirəcəkmi? Və ya sizə daha yüngül tekstura lazımdır? Bəzi əl kremilərimizin tərkibində müəyyən efir yağları var ki, sizə Provans çiçəklərinin və sahillərinin istiliyini hədiyyə edəcək. Aşağıda sizə ən ideal əl kremini seçməyinizə kömək edəcək bəzi məsləhətlər hazırlamışıq.
ƏLLƏR ÜÇÜN DAİMİ QULLUQ
Bağ alətləri ilə işləmək və ya gözəl incəsənət əsərləri yaratmaq: əllərimiz bəzi işləri daha çox və ya daha az cəlb olunur. Misal üçün, 20% şi yağı ilə zənginləşdirilmiş əl kremini seçin. Bu yağ əsrlər boyu Burkina-Faso qadınları tərəfindən, dərilərini səhra küləyin təsirindən qorumaq üçün istifadə olunub. Bizim mxtəlif mükafatlarla möhürlənmiş bu formulumuz dəriyə tez hopur və yağlılıq hissi buraxmır. Bu o deməkdir ki, siz bu kremi günün istənilən saatı istifadə edə bilərsiniz.
SOYUQ HAVALARDA
Vacib deyil, siz qış aylarında dağlara səyahət etməyi sevirsiniz və ya evdə ocaq ətrafında yığışmağı, əsas olan əllərinizin soyuq havalarda qidalanması və qorunmasıdır. Mənfi temperaturun təsiri altında əlləriniz əlcəklə olsa belə, quruluq hissi yarana bilər. Tərkibi 25% şi yağı olan əl balzamı kimi tərkiblərə üstünlük verin. Bu balzam sizin qış aylarınızda ən yaxın tərəfdaşınız ola bilər.
İSTİ HAVALARDA
Siz dəniz kənarında vaxt keçirərkən və ya bağda çay içərkən, əl dəriniz günəş şualarının mənfi təsirinə məruz qalır. Dərinizi günəş şualarından qoruyacaq və duzlu dəniz suyundan sonra nəmləndirəcək kremlərə üstünlük verin.
EV ŞƏRAİTİNDƏ MANİKÜR
Evdə edəcəyiniz qulluq- əl dərinizin yenilənməsi və ağır həftənin yorğunluğunu götürmək üçün ideal seçimdir. Rahat ortam, isti gecəlik və doğru qulluq vasitələrinin seçimi. İlk olaraq yüngül təmizləmədən başlayın. Şi yağı ilə zənginləndirilmiş əl skrabı ilə əllərinizi ölü hüceyrələrdən təmizləyin və daha sonra dırnaq və kutikul yağından istifadə edərək, dırnaq ətrafı dərinizi nəmləndirin. Daha sonra sevdiyiniz dırnaq boyanızı tətbiq edin və son olaraq Albalı çiçəyi seriyamızın yüngül əl kremi ilə, əllərinizi nəmləndirin və ətirləndirin.
YATMAMIŞDAN ÖNCƏ
Dərimiz və orqanizmimiz gecə yuxusunda bərpa olunur. Məhz yuxu dərinin intensiv nəmlənməsi üçün vacib saatlarından biridir. Bizim Şi intensiv əl kremi məhsulumuzu istifadə edə bilərsiniz. Rahatlaşdırıcı effekt əldə etmək üçün isə bizim Lavanda əl kremindən istifadə edə bilərsiniz. Lavandanın rahatlaşdırıcı ətri gecə boyu yuxunuzun dərin və şirin olmasını təmin edəcək.
SƏHƏR PROSEDURLARI
Kosmetik çantanıza yüngül bir əl kremi əlavə edin. Hər səhər dərinizi bizim Minaçiçəyi əl krem-gel ilə nəmləndirərək, gününüzə təravət qatacaqsınız və minaçiçəyinin ətri sizi gün boyu canlandırmağa davam edəcək. Yay aylarında bu kremin sərinləşdirici effektini siz daha çox bəyənəcəksiniz. Qış aylarında isə Qızılğül əl kremi həm dərinizi dərindən nəmləndirəcək, həm də qızılğül qoxusu ilə əhvalınızı yüksək tutacaq.
HƏR KƏS ÜÇÜN
Quru dərilərə uyğun intensive əl kremlərindən canlandırıcı ətirli yüngül kremlərə qədər olan kolleksiyalarımızda siz özünüzə uyğun əl kremi tapa biləcəksiniz. Bizim əl kremlərimiz hər zövqə və hər mövsümə uyğundur. Əgər istədiyinizi tapmaqda çətinlik çəkirsiniz isə, bizim məsləhətçilərimizdən və ekspertlərimizdən kömək istəməkdən çəkinməyin.