YAYDAN SONRA DƏRININ BƏRPASI

Yay bitdikdən sonra saç, dəri və göz ətrafındakı dərinin gözəlliyini necə qorumaq olar? Yaydan zövq almaq əsl xoşbəxtlikdir, lakin bədəninizə mənfi təsir edir. İstər dəniz suyu, istər günəş, istər qum, istərsə də kondisioner, lakin siz heç də dəyişikliyi hiss etmirsiniz. Günəş şüaları dərinizi, xüsusən də üz dərinizi kobud və quru edir və saçlarınız kövrək və zəif olur.

Üz Dərisinin Təbii Baryerini Bərpa Edin

Üz dərinizin təbii bir müdafiəsi var: hidrolipidik baryer. Bu, üz dərinizin nəmli və sağlam olmasına kömək edir, lakin günəşin altında uzun müddət qalma zərər verə bilər. Dərinizin təbii baryerini bərpa etməsinə kömək etmək üçün həftədə iki dəfə bu sadə ritualı izləyin:

1. Quruluğun qarşısını almaq və dərinin qidalandırılmasını yaxşılaşdırmaq üçün makiyajı yumşaq bir təmizləyici yağla çıxarın.

2. Üzünüzü skrab ilə yumşaq bir şəkildə masaj edin, sonra yuyun.

3. Duşdan sonra yüngül üz yağı tətbiq edin.

4. Ehtiyaclarınıza uyğun zəngin bir nəmləndirici kremdən istifadə edin.

Gözətrafı Dəriyə Diqqət Yetirin

80% yaşlanmanın səbəbı günəş şualarıdır

Qadın dərisi təbii olaraq daha incədir, xüsusən də göz ətrafında. Dəyərli dərinizi qidalandırmaq və əzizləmək üçün yağlı maddələrlə zəngin bir formulaya sahib məhsullar seçin.

Qırışları düzəltməyə, qara dairələrdən qurtulmağa və şişkinliyi azaltmağa kömək edən Immortelle Divine Gözətrafı Balzam tövsiyə edirik.

Yorğun gözlərə rahatlıq gətirmək və parlaq bir görünüş vermək üçün göz kremi tətbiq etdikdən sonra rahatlaşdırıcı bir göz masajı edə bilərsiniz.

MƏHSULA BAX

Qidalanma məsləhətləri

NƏ YEYİRİK İSƏ, BİZ OYUQ

Düzdür, biz nə yeyiriskə, oyuq. Beləliklə, nə qədər yaxşı qidalanırıqsa, bir o qədər yaxşı görünürük. Sərbəst radikallarla mübarizə aparmaq və daxili gözəlliyinizi ortaya qoymaq üçün qidalandırıcı məhsullar yeməyi unutmayın. Kök və ya şirin kartof kimi beta-karotenlə zəngin məhsullar dərinizin pH balansını tənzimləyir, bu da həddindən artıq quruluğun və ya yağlanmanın qarşısını alır, yaşıl çay və ya sitrus meyvələri kimi antioksidanlarla zəngin məhsullar dərinizin daha çox kollagen istehsalına kömək edir, bu da dərinin daha elastik və hamar olmasına gətirib çıxarır. Həmişə olduğu kimi, bu sürətli bir nəticə formulu deyil: real dəyişiklikləri görmək üçün bunları mütəmadi olaraq yeməlisiniz.

Zəif Saçların Bərpası

YAY AYLARINDA SAÇLAR DAHA ÇOX ZƏDƏLƏNİR

Dəniz suyu, xlor, kondisioner və qum - bunlar hər biri saçların qurumasına səbəb olur. Saçlar zədələnir, quruyurlar və elastikliyini itirirlər ki, bu da kövrəkliyə səbəb olur.

Onları əlavə nəmləndirmə ilə bərpa edin. Şampundan öncə yağ tətbiq edin, bununla baş dərisində nəm itkisini azaldın. Bərpaedici saç kondirisioneri və maskadan istifadə edin, saçlarınızı qışa hazırlayın.

SAÇLAR ÜÇÜN BƏRPAEDICI QULLUQ

Saçların Yağlanmasının Qarşısını Alın

SAÇLARINIZI QORUYUN

Əgər düzgün qulluq edilməsə, quru saçlar yağlana bilər, çünkü baş dərinizin daim sebum ifraz edir. Həmçinin saçlarınızı daha çox qurumadan qorumaq üçün şampundan öncə yağlardan istifadə etmək vacibdir.

Aktiv inqredientlər ilə zəngin yağı sınaqdan keçirin. Həmçinin geridən başlayaraq ritualınızı saçlarınıza tətbiq edə bilərsiniz. Bu saç yağlılığını kontrol etməyə kömək edəcək.

MƏHSULA BAX

Dəriyə Qulluq və Bronzlaşmanın Qorunması

BRONZLAŞMA EFFEKTINI UZADIN

Cəzbedici və qısqanılan kimi hesab edilən bronzlaşmış dəri, əslində dərinizin Günəş şualarına olan cavab reaksiyasıdır. Melanositlər - melanin ifraz edən dəri hüceyrələridir. Melanin - dərini qaralmasına səbəb olan piqmentdir.

Lakin bronzlaşmış dəri - həmçinin stresə məruz qalmış dəri deməkdir. Dəri kobud, quru və daha az elastik olur. Buna görə nəmləndirmə vacibdir, dərini qorumaq və təhlükəsiz şəkildə bronzlaşma effektini uzatmaq lazımdır. Şi və Badam yağları sizin bu yolda ən etibarlı yoldaşınız olacaq. Onlar dəriniz nəmləndirməyə və qorumağa kömək olacaqlar. Dəriniz yaydan sonra dincəlmiş olacaq.

BƏDƏN NƏMLƏNDIRICILƏRI

Elastik Dəri üçün Gözəllik Rutini

NƏMLƏNDIRMƏDƏN ƏVVƏL DƏRININ TƏMIZLƏNMƏSI

Dərinin günəş vannasından sonra nəmli və elastik qalması üçün, nəmləndirmədən əvvəl təmizlənməlidir. Dərinizi yumşaq hiss etdirəcək yağla zənginləşdirilmiş skrab seçin. Həftədə iki dəfə skrabdan istifadə qaydası:

1. Skrabı duşda bədəninizə dairə hərəkətlər ilə yuxarıdan aşağıya doğru tətbiq edin.

2. Bədəninizi durulayın və badam duş yağından istifadə edərək, dərinizi təmizləyin və nəmləndirin.

3. Qidalandırıcı yağı dərinizə duşdan dərhal sonra tətbiq edin.

4. Ritualınızı 100% təbii şi yağı ilə yekunlaşdırın. Bu sizə 100% təbii üstünlük bəxş edəcək.

Aromaterapiyanı Kəşf Edin

DUYĞULAR VƏ ÜSTÜNLÜKLƏR

Bizim iy duyma qabiliyyətimiz - beynimiz ilə birbaşa əlaqədə olan, yaddaş və emosiyalara cavabdeh olan yeganə duyğudur. Beləki, qoxular çox yüksək terapevtik xüsusiyyətlərə malik ola bilirlər. Aromaterapiya - beynimizin və ruhumuzun dincəlməsi üçün efir yağlarının istifadəsini əks etdirir. Ən çox istifadə olunan efir yağları ilə diffuzorlardır.

Diffuzoru evinizdə və ya iş yerinizdə qoyun, öz ruhunuza uyğun qoxulara üstünlük verin. Bu sizə hər zaman yüngül rahatlıq gətirəcək.

MƏHSULLARA BAX

Gözəllik Məsləhətləri

4 MÖCÜZƏVİ ADDIMLA MÜKƏMMƏL YAŞLANMA ƏLEYHİNƏ QAYDA

L'Occitane mütəxəssislərimizdən parlaq və gənc görünən dəriyə 4 addım...


DAHA ƏTRAFLI

GÖZƏTRAFI DƏRISI QULLUĞU

Yorğun, şişkin gözlər stressinizi, yorğunluğunuzu və yaşınızı göstərir.
Göz altındakı həssas dərilərə qulluq və şişkinlikdən azad olmaq üçün
tövsiyələrimizi kəşf edin...

DAHA ƏTRAFLI

ONUN ÜÇÜN XÜSUSİ ƏTRİ TAPIN

Provansdan ilhamlanan ətirlərimizi kəşf edin, və sırf sizə və yaxınlarınıza uyğun olanlarını tapın!

DAHA ƏTRAFLI