GÖZ ƏTRAFI HƏSSAS DƏRİ ÜÇÜN QULLUQ

Göz ətrafı dəri niyə xüsusi qullqu tələb edir?

Göz ətrafı dəri üzün digər hissələrinə nisbətən daha incədir və ətraf mühitin mənfi təsirlərinə daha həssasdır. Bu nahiyədə olan dəri daha tez nazikləşməyə meyillidir. Nazik dəri daha tez elastikliyini itirdiyi üçün, bu nahiyədə yaşlanma əlamətləri daha tez əmələ gəlir. Bunun nəticəsində göz ətraf nahiyə xüsusi qulluğa və diqqətə ehtiyac duyur.
Gözətrafı şişkinliyi azaldın
GÖZƏTRAFI ŞİŞKİNLİK VƏ HƏSSASLIĞI AZALDIN
Soyuq kompress tətbiq edin. Lakin diqqət edin həddindən çox soyuq olmasın. Uzanın və gözlərinizi nəm çay paketləri ilə və ya antioksidantlarla zəngin olan xiyar dilimləri ilə örtün. Bununla gözlərinizdəki həssaslığı aradan qaldıracaqsınız.
Çobanyastığı çayı ilə yorğun və şişmiş gözlərinizi dincəldin. Çobanyastığı çiçəkləri axan suda dəmləyin. Daha sonra süzün və soyuducuya, soyuması üçün qoyun. Pambıq diskləri artıq soyumuş çayda isladın və göz ətrafı nahiyənizdə 15 dəqiqə ərzində saxlayın, uzanın ki, gözləriniz dincəlsin.
Soyuq qaşıqdan istifadə edin. Şişkinliyi tez bir zamanda aradan qaldırmaq üçün, göz ətrafı nahiyəni ehmalca soyuq qaşıq ilə masaj edin. Qaşığı öncədən soyuducuda saxlayın.
Gözətrafı qulluğun 6 qızıl qaydası
1 - Xüsusi olaraq, göz ətrafı nahiyə üçün nəzərdə tutulmuş məhsullardan istifadə edin.
2 - Göz makiyajını təmizləyərkən, pambıq disklərindən istifadə edin. Makiyajı ehmalca, dartma və sıxma hərəkətləri olmadan silin.
3 - Çalışın daha böyük günəş eynəklərindən istifadə edin. Bu zaman siz həm gözlərinizi, həm də göz ətrafı dərinizi günəş şualarından qorumuş olacaqsınız.
4 - Səhərlər 8:00-10:00 arası bir stəkan su için, 250 ml
5 - Kərəviz, limon, ispanaq və xiyardan şirə çəkin və için. Duz qəbulunu azaldın.
6 - İstirahətə yetərincə zaman ayırın və yastığınızı çalışın biraz dik tutun!