Bizim zəhmətkaş əllərimiz daim iş görürlər, dadlı yemək bişirməkdən tutmuş, sevimli kitabın vərəqlənməsinə qədər. Keyfiyətli əl kremi onların dərisini yumşaq və elastik edəcək. İdeal formula seçərkən kremin teksturası barəsində düşünürük: təbii şi ağı ilə zənginləşdirilmiş balzam lazımdırmi və sizin dərinizi sakitləşdirəcəkmi? Və ya sizə daha yüngül tekstura lazımdır? Bəzi əl kremilərimizin tərkibində müəyyən efir yağları var ki, sizə Provans çiçəklərinin və sahillərinin istiliyini hədiyyə edəcək. Aşağıda sizə ən ideal əl kremini seçməyinizə kömək edəcək bəzi məsləhətlər hazırlamışıq.

ƏLLƏR ÜÇÜN DAIMI QULLUQ

Bağ alətləri ilə işləmək və ya gözəl incəsənət əsərləri yaratmaq: əllərimiz bəzi işləri daha çox və ya daha az cəlb olunur. Misal üçün, 20% Şi Yağı ilə Zənginləşdirilmiş Əl Kremini seçin. Bu yağ əsrlər boyu Burkina-Faso qadınları tərəfindən, dərilərini səhra küləyin təsirindən qorumaq üçün istifadə olunub. Bizim mxtəlif mükafatlarla möhürlənmiş bu formulumuz dəriyə tez hopur və yağlılıq hissi buraxmır. Bu o deməkdir ki, siz bu kremi günün istənilən saatı istifadə edə bilərsiniz.

SOYUQ HAVALARDA

Vacib deyil, siz qış aylarında dağlara səyahət etməyi sevirsiniz və ya evdə ocaq ətrafında yığışmağı, əsas olan əllərinizin soyuq havalarda qidalanması və qorunmasıdır. Mənfi temperaturun təsiri altında əlləriniz əlcəklə olsa belə, quruluq hissi yarana bilər. Tərkibi 25% Şi Yağı ilə Zənginləşdirilmiş Əl Balzamı kimi tərkiblərə üstünlük verin. Bu balzam sizin qış aylarınızda ən yaxın tərəfdaşınız ola bilər.

ISTI HAVALARDA

Siz dəniz kənarında vaxt keçirərkən və ya bağda çay içərkən, əl dəriniz günəş şualarının mənfi təsirinə məruz qalır. Dərinizi günəş şualarından qoruyacaq və duzlu dəniz suyundan sonra nəmləndirəcək kremlərə üstünlük verin.

EV ŞƏRAITINDƏ MANIKÜR

Evdə edəcəyiniz qulluq- əl dərinizin yenilənməsi və ağır həftənin yorğunluğunu götürmək üçün ideal seçimdir. Rahat ortam, isti gecəlik və doğru qulluq vasitələrinin seçimi. İlk olaraq yüngül təmizləmədən başlayın. Şi Yağı ilə Zənginləndirilmiş Əl Skrabı ilə əllərinizi ölü hüceyrələrdən təmizləyin və daha sonra Dırnaq və Kutikul Yağından istifadə edərək, dırnaq ətrafı dərinizi nəmləndirin. Daha sonra sevdiyiniz dırnaq boyanızı tətbiq edin və son olaraq Albalı Çiçəyi Əl Kremi ilə, əllərinizi nəmləndirin və ətirləndirin.

YATMAMIŞDAN ÖNCƏ

Dərimiz və orqanizmimiz gecə yuxusunda bərpa olunur. Məhz yuxu dərinin intensiv nəmlənməsi üçün vacib saatlarından biridir. Bizim Shea Intensiv Əl Balzamı məhsulumuzu istifadə edə bilərsiniz. Rahatlaşdırıcı effekt əldə etmək üçün isə bizim Lavender Əl Kremindən istifadə edə bilərsiniz. Lavandanın rahatlaşdırıcı ətri gecə boyu yuxunuzun dərin və şirin olmasını təmin edəcək.

SƏHƏR PROSEDURLARI

Kosmetik çantanıza yüngül bir əl kremi əlavə edin. Hər səhər dərinizi bizim Verbena Əl Kremi ilə nəmləndirərək, gününüzə təravət qatacaqsınız və minaçiçəyinin ətri sizi gün boyu canlandırmağa davam edəcək. Yay aylarında bu kremin sərinləşdirici effektini siz daha çox bəyənəcəksiniz. Qış aylarında isə Rose Əl Kremi həm dərinizi dərindən nəmləndirəcək, həm də qızılğül qoxusu ilə əhvalınızı yüksək tutacaq.

HƏR KƏS ÜÇÜN

Quru dərilərə uyğun intensive əl kremlərindən canlandırıcı ətirli yüngül kremlərə qədər olan kolleksiyalarımızda siz özünüzə uyğun Əl Kremi tapa biləcəksiniz. Bizim əl kremlərimiz hər zövqə və hər mövsümə uyğundur. Əgər istədiyinizi tapmaqda çətinlik çəkirsiniz isə, bizim məsləhətçilərimizdən və ekspertlərimizdən kömək istəməkdən çəkinməyin.

Gözəllik Məsləhətləri

AYAQLARINIZA NECƏ QULLUQ OLUNMALIDIR?

Ayaqlarınız bütün gün sizi gəzdirir, ona görə də onlara qulluq etmək vacibdir. Onlara layiq olduqları müalicəni verin və fərqi hiss edin...

DAHA ƏTRAFLI

SELLÜLITDƏN NECƏ AZAD OLAMAQ OLAR?

Təbii maddələrdən istifadə edərək sellüliti necə aradan qaldıracağınızı
kəşf edin. Tövsiyələrimizə diqqət yetirin, bədəninizi möhkəmləndirmək və təmizləmək üçün doğru məhsulları seçin...

DAHA ƏTRAFLI

DƏRINIZƏ UYĞUN TƏRAŞ VASITƏLƏRI

Təraş üçün gel, krem, sabun və ya yağ? Hər bir seçimin özünə məxsus
üstünlükləri var, amma təbii ki, sizin dəriniz üçün bir ideal seçim var!

DAHA ƏTRAFLI