Условия обслуживания

Alıcı bununla bu təklifi (ofertanı) oxuduğunu, başa düşdüyünü və ona əməl etməyi tamamilə qəbul etdiyini təsdiqləyir. Satıcı əvvəlcədən xəbərdarlıq etmədən hazırkı şərtləri dəyişdirmək və onlara əlavə etmək hüququnu özündə saxlayır. Bütün mümkün dəyişikliklər Veb Saytda əks olunacaqdır.

Malların hazırkı satış şərtləri, həmçinin Veb Saytda təqdim edilən Mallar haqqında məlumat Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən təklif (oferta) hesab edilir.

Təklif (oferta), Alıcının Veb Saytda rəsmiləşdirildiyi Sifarişin Satıcı tərəfindən qəbul edildiyi andan aksept edilmiş hesab edilir.

Pərakəndə alqı-satqı müqaviləsi Satıcı tərəfindən Alıcıya malın ödəniş qəbzinin və ya malın ödənişini təsdiq edən başqa sənədin verildiyi andan bağlanmış hesab edilir.

Satıcı razılaşdırılmış sifarişdə sadalanan Malları Alıcıya satmağı və Alıcı Malları qəbul etməyi və Tərəflərin razılaşdırdığı Sifarişdə göstərilən dəyəri ödəməyi öhdəsinə götürür.

Malların ödənişi Mal qəbul edildiyi zaman Alıcı tərəfindən nağd ödəniş yolu ilə həyata keçirilir. Sifariş və ödəmə üsullarının ətraflı təsviri Veb Saytda (İnstagram səhifəsində) göstərilib.

Malların çatdırılması kuryer xidmətləri vasitəsi ilə Alıcının hesabına Alıcının sifarişdə çatdırılma ünvanı kimi göstərdiyi ünvana həyata keçirilir. Çatdırılma şərtləri və xərcləri Veb Saytda göstərilir.

Alıcı, Malı çatdıran Kuryerin iştirakı ilə, malın qablaşmasının bütövlüyündə və açılma əlamətlərinin olmadığında, sifariş edilənə uyğunluğunda (çeşid, miqdar, dəyəri baxımından), tam dəstdə çatdırıldığında və mexaniki zədəsi olmadığınında əmin olmasını öhdəsinə götürür.

Satıcı, malların mülkiyyət hüququ ilə ona məxsus olmasını, mübahisəsiz, girov qoyulmadığını və ya həbs olunmadığını təmin edir.