
MÜKƏMMƏL BİR GÜN ÜÇÜN QIZIL QAYDALAR

Spa-gününüzü daha da effektiv etmək üçün bəzi məsləhətləri kəş.f edin.
- Rahat bir geyim seçin və bədədninizə dincəlməyə kömək edin. Siz evdəsiniz gərgin olmağa səbəb yoxdur.
- Əmin olun ki, sizi heç kəs narahat etməyəcək: telefonunuzu söndürün və gözdən uzaq bir yerdə saxlayın.
- İsti vanna öncəsi sərinləşdirici bir içki hazırlayın: isti sizi yormasın! Ədviyyatlı bir içki hazırlayın, nanə, alma, darçın, sizi sıxan fikirlərdən azad olun. Qəbul etmədən öncə soyuducuda saxlayın.
- İstifadə edəcəyiniz bütün məhsul və aksesuarları əl altına yığın ki, isti vanndan çıxmaq məcburiyyətində qalmayasınız.
- İşığı azaldın və Harmoniya şamını yandırın, eyni ətirli ev diffuzorundan da istifadə edə bilərsiniz. Bu ritual vanna otağında rahatlaşdırıcı abu-hava yaradacaq və aromaterapiya ilə spanı birləşdirəcək.
RAHATLAŞDIRICI VANNANI NECƏ HAZIRLAMAQ LAZIMDIR
Çimmək insan dərisinə olduqca müsbət təsir göstərir, və əgər siz hər bir şeyi doğru şəkildə etsəniz, bundan böyük zövq alacağınıza söz veririk. Vannanınızı ətirli və rahatlaşdırıcı şəkildə hazırlayın: sevdiyiniz teksturaları seçərək, vanna qəbulunu köpüklü və ya südlü edin. Vannaya duzlar əlavə edin. Sizə məsləhətimiz Aromaterapiya seriyasından vanna üçün duz olacaq. Köpükləri sevirsiniz? Bu zaman Lavanda vanna köpüyü istifadə edərək, vannanızda köpüklər yaradın və bonus olaraq, lavandanın rahatlaşdırıcı ətrini duyun.
HAMAM PROSEDURLARINDAN EFFEKT ALIN
Skrab zamanıdır! Ən ideal olan, duşdan öncə quru və ya dəriniz həssasdırsa, nəmli dəriyə sevdiyiniz bədən skrabının tətbiq edilməsidir. Uzun müddət nəmli olan dəri istəyirsiniz? O zaman Ultra-qidalandırıcı Şi bədən skrabını seçin - 10% şi yağı ilə zənginləşdirilmiş skrab, dərinizi ölü hüceyrələrdən təmizləməklə yanaşı, onu eyni zamanda nəmləndirəcək. Əgər daha da yüksək hisslər yaşamaq istəyirsiniz isə Bədən üçün Badam Gel-Skrab sizin üçün ideal seçimdir! Bu möhtəşəm ətri duyun və mükəmməl teksturanın verdiyi nəticəni hiss edin. Mütləq skrabı həftədə iki dəfə istifadə edin: daha çox istifadə dərinizin qurumasına və çatların yaranmasına səbəb ola bilər. Bilirsiniz? L’Occitane skrablarında həll olunan (şəkər, duz) və ya bioparçalanan (üyüdülmüş badam qabığı, ərik tumunun tozu) hissəciklər istifadə olunur. Bu kimi tərkib dərinizi zədələmir və ekoloji təhlükəsiz hesab olunur.
ÜZ MASKALARI İLƏ DƏRİNİZİ GÜCLƏNDİRİN
L'Occitane üz maska və skrablarında istifadəni özünüzə bir qayda kimi qəbul edin. Bizim təbii maskalarımız, təbii inqredientlərdən və hər bir dəri probleminə uyğun hazırlanır - yaşlanma ilə mübarizə aparan, hamarlaşdıran, dəri qüsurları ilə mübarizə aparan, artıq yağı yığan və sair. Həftədə ən azı bir dəfə maska istifadəsi, dərinizin vəziyyətini və görünüşünü xeyli yaxşılaşdıracaq.
ÜZ DƏRİSİ VƏ SAÇLARA QULLUQ
Saçlarınıza Zədələnmiş saçlar üçün maska ilə qulluq edin. Maska saçlarınızı nəmləndirəcək və qidalandıracaq. Dəsmal ilə suyu alınmış nəm saçlarınıza tətbiq edin və 10 dəqiqə saxladıqdan sonra durulayın. Həmçinin bu 10 dəqiqəni saçlarınızı dəsmala bürünmüş halda saxlayaraq, maskanın təsirini optimallaşdıra bilərsiniz. Həmçinin üz dərisi balansını da bərpa edə bilərsiniz. Təmizləyici maska ilə üzünüzdə artıq yağlardan və çirkdən azad olun.
DƏRİNİZİ SEVİNDİRİN

Nəmləndirici kremi, duşdan həmən sonra tətbiq etmək lazımdır? BƏLİ. Skrab və duşdan sopra nəmləndirmə intensiv qulluq üçün ən effektiv olandır, bunu hər duş qəbulundan sonra edin. Bu dərinin hidrolipid örtüyü üçün, bədəninizin nəmlənməsi və müdafiəsi üçün vacibdir. Dərinizi 25% Şi Bədən kremi ilə qidalandırın və müdafiə edin. Dərinizi daha da güclü və elastik etmək üçün sizi bizim Badam Bədən Kremini sınamağa dəvət edirik. Əlavə olaraq, məsləhətimiz bədənə kremi tətbiq etdiyiniz zaman, onu dərinizə hopdurun, ayaqlardan gərginliyi götürmək üçün, ayaqlarınızı masaj edin. Bu həmçinin kremin dəriyə tam hopmasına kömək edəcək.

ƏLLƏRİNİZ SEVİNDİRİN
Əllərinizi yuyun və Şi əl üçün skrabı əllərinizə tətbiq edin. Bir dəqiqə ərzində əllərinizi ehmalca masaj edin və isti su ilə durulayın, bu zaman süngər və ya parçadan istifadə edə bilərsiniz. Əllərinizə daha çox qayğı göstərin və dırnaqlarınıza Şi kutikula və dırnaq üçün yağı tətbiq edin. Bu prosedur dırnaqlarınızı yumşaldacaq və manikür zamanı sizə rahatlıq bəxş edəcək. Yekun olaraq əllərinizi Şi əl üçün intensiv balzam ilə nəmləndirin. Bu vasitə dərinizi nəmləndirəcək, qoruyacaq, dərinizi hamar edəcək.

ƏL VƏ AYAQLARINIZI SEVİNDİRİN
Spa ritualınızı ayaq və əllərə qulluq ilə yekunlaşdırın. Ayaq və əl dərinizi maksimum sakitləşdirmək üçün bu rituala əməl edin. Həftədə bir-iki dəfə Karite qidalandıran və yumşaldan skrabdan istifadə edin. Bu skrab ayaq dərinizi ölmüş hüceyrələrdən təmizləyəcək və nəmləndirəcək. Daha sonra Karite qidalandırıcı ayaq kremini tətbiq edərək, ayaq dərinizi nəmləndirin və Fransanın cənubundan olan lavanda ətri ilə yorğunluğu arada qaldırın. Əllərəinizi yuyun və Karite əl skrabı ilə əllərinizi ehmalca masaj edin, daha sonra isti su ilə durulayın. Bu zaman süngər və ya parçadan istifadə edin. Dırnaqlarınıza Kutikula və dırnaqlar üçün Karite yağı tətbiq edin. Yağı masaj edərək tətbiq edin ki, dırnaq və dırnaq ətinə tam hopsun. Yekun olaraq əllərinizə Şi yağı ilə zənginləşdirilmiş krem tətbiq edin. Şi yağı dərini effektiv şəkildə qidalandırır, qoruyur, dəri hamar və nəmlənmiş olur.