GÖZƏL SAÇLARA NECƏ NAIL OLMAQ OLAR

Sizin saçlarınız, sizi təqdim edən xarici görünüş faktorlarından biridir. Onlar, bədəniniz olduğu kimi, quruya və zədələnə bilərlər. Dəniz kənarı ruhunuzun əyləncəsi ola bilər, lakin ultrabənövşəyi şualar, dəniz duzu və qum, dərinizi zədələyə bildiyi kimi, saçlarınıza da mənfi təsir göstərir. Soyuq aylar həmçinin saçlarınıza mənfi təsir göstərə bilir: saçlar quruyur, həcm azalır. Saçlarınızın daim parıldamasını istəyirsiniz isə, onlara yaxşı qulluq etməlisiniz.

SAÇLARA PARILDAMALARI ÜÇÜN KÖMƏK EDİN

SAÇ PARLAQLIĞINA APARAN 6 ADDIM

Saç qulluğu ekspertləri deyirlər ki, saç solğunluğu, onların düzgün şəkildə yuyulmamasından irəli gəlir. Saçlarınızın parlaq qalmasını istəyirsiniz isə, aşağıdakı, saç qulluğu prosesini izləyin:

1. Kutikul qatının açılması üçün, saçlarınızı isi su ilə isladın.
2. Şampun tətbiq edin və barmaq uclarınız ilə saçlarınızı və dibini masaj edin.
3. Saçlarınızı soyuq su ilə durulayın ki, kutikula qatı bağlansın.
4. Kondisioneri tətbiq etmədən öncə, dəsmalın köməyi ilə, saçlarınızdakı artıq suyu yığın.

5. Masaj hərəkətləri ilə, kondisioneri saç uclarınıza tətbiq edin və durulayın.
6. Dəsmalla saçınızdakı suyu çəkin, unutmayın ki, nəm halda saçlar daha müdafiəsizidir. Onları dəsmalla sürtməyin və sıxmayın!

SAÇLARIN TƏBİİ PARLAQLIĞININ GERİ QAYTARILMASI

1. Şampunu yalnız baş dərinizə tətbiq edin: Repair Shampoo zədələnmiş saçlar üçün, Purifying Shampoo normal saçlar üçün.

2. Kondisioneri saç uclarınıza tətbiq edin: Repair Conditioner zədələnmiş saçlar üçün, Purifying Conditioner normal saçlar üçün.

3. Saç üçün maskanı tətbiq edin və saçlarınızı isti dəsmalla bükün. Bu saçda nəmin saxlanılmasına kömək edəcək. 10-15 dəqiqə sonra durulayın.

ƏTRAFLI

SAÇLARIN QİDALANDIRILMASI

Şampunu yalnzı saç diblərinə tətbiq edin: Nourishing Shampoo, quru və çox quru saçlar üçün. O, öz kremvari, sulfatsız və silikonsuz teksturası ilə, saç düyünlərini açacaq, onları intensiv qidalandıracaq, quru və çox quru, həmçinin ətraf mühitin mənfi təsirinə məruz qalan saçları bərpa edəcək.


Quru və çox quru saçlar üçün olan Nourishing Conditioner'i saç uclarınıza tətbiq edin.

Saç üçün maskanı tətbiq edin və saçlarınızı isti dəsmalla bükün. Bu saçda nəmin saxlanılmasına kömək edəcək. 10-15 dəqiqə sonra durulayın.

ƏTRAFLI

SAÇLARIN DAHA AZ YAĞLANMASI

YAĞLI SAÇLARIN TƏMİZLƏNMƏSİ

1. Saçlarınıza ilk öncə maska tətbiq edin. Bu sizə şampun və kondisionerin effektini yüksəltməyə kömək edəcək.
Saçlarınızı isti dəsmalla bükün. Bu saçda nəmin saxlanılmasına kömək edəcək.

2. Maskanı durulamadan saçlarınıza şampun tətbiq edin, bu saçlarınızın çox qurumasına imkan verməyəcək.

3. Kondisioneri saç uclarına tətbiq edin.

ƏTRAFLI

SAÇLARIN UZADILMASI

Hər birimiz dünyaya unikal saç folekulu sayı ilə gəlirik. Bu unikallıq gələcək saçlarımızın nə qədər gur və hansı tipdə olacağını müəyyənləşdirir. Maksimal gurluğa nail olmaq üçün, baş dərisini hər gün yüngül hərəkətlər ilə masaj edin. Masaj mikrosirkulyasiyanı stimullaşdıracaq və saç köklərini oyadacaq.

Təbii meyvə və tərəvəz pəhrizi saçlarınız üçün xeyirli ola bilər. Saç uzadılması üçün vacib olan B vitamin qrupu avokadoda var. Qarağat vitamin C ilə zəngindir ki, kollagenin ifrazına kömək olur, balqabaqda olan vitamin A, dəri sebumunun ifrazına dəstək olur.

ƏTRAFLI

HAÇALANAN VƏ ZƏDƏLƏNMİŞ SAÇLARIN MÜALİCƏSİ

ZƏDƏLƏNMİŞ SAÇLARIN DÜŞMƏNİ

Sizin saçlarınız həssasdırlar və əgər hər hansı bir stresə məruz qalarlar isə, elastiklikliyini itirirlər və haçalanmaya başlayırlar. Saçlar Günəş şuaları və qurudulmaya ən çox məruz qalırlar - fen, müxtəlif düzləşdirmələr və sair salon prosedurları.

Hər gün düzləşdirmə avadanlıqlarından istifadə etməyin. Yox əgər bu mütləq bir prosesdir isə, saçlarınızı xüsusi vasitələr ilə yüksək temperaturlardan qoruyun. Saçlarınızı həmçinin Günəş şualarından qorumağı unutmayın. Bunun üçün xüsusi spreylərdən istifadə edin.

ƏTRAFLI

SAÇLARIN TƏHLÜKƏSİZ DARANMASI

1. Sərt dişli və ya xüsusi yastıqlı saç darağı seçin. Bu sizə saçlarınızının daraqda dolaşmamasını təmin edəcək.

2. Saçlarınız dolaşırsa, onları dibindən daramağa çalışmayın. İlk olaraq, uclarından başlayın və yuxarıya doğru hərəkət edin. Əks halda saçlarınızı daha çox dolaşdırmış olacaqsınız.

3. Hər zaman saçlarınızı ehtiyatla darayın, dartmayın və fenlə çox burmayın.

4. Əgər daraq seçiminizdə tərəddüd edirisniz isə, saç ustanızdan məsləhət alın.

Saç Qulluğu Vasitələrini Kəşf Edin


Məsləhət gördüyümüz məqalələr

GÜNƏŞ OLMADIQDA, GÜNƏŞ KİMİ PARLAMAQ

Darıxdırıcı, quru və bəzən qaşınmağa meylli olan dərimiz üçün qış havası
sərtdir. Gözəllik ritualınızı gücləndirin və bütün mövsüm boyunca dərinizin parlaq olmasını təmin etmək üçün tövsiyələrimizə əməl edin!

ƏTRAFLI

YAY SONRASI DƏRİNİN BƏRPASI

İstər dəniz suyu, istər günəş, dəniz qumu və hətta kondisioner, ayaq dərinizə mənfi təsir göstərir. Tövsiyələrimizi kəşf edin!



ƏTRAFLI

ONUN ÜÇÜN XÜSUSİ ƏTRİ TAPIN

Provansdan ilhamlanan ətirlərimizi kəşf edin, və sırf sizə və yaxınlarınıza uyğun olanlarını tapın!

ƏTRAFLI