GÜNƏŞ OLMADIQDA, GÜNƏŞ KIMI PARLA

QIŞ ÜÇÜN BIZIM GÖZƏLLIK PLANIMIZ
Qış ayları dəriniz və bədəniniz üçün sərt təsirə malik ola bilər. Bizim məsləhətlərimiz ilə tanış olaraq, gözəllik ritualınızı gücləndirin və pis hava şəraitindən qorunun!
Geyimə Görə Qarşılayırlar!
IstI geyInIn!
Hər şeydən əvvəl dərini qorumaq və düzgün qan dövranını təmin etmək üçün isti bir şəkildə geyinin; bir şərf və əlcək taxmağı öyrənin. Havaya çıxmadan əvvəl zəngin bir əl kremi tətbiq edin, məsələn Shea Intensiv Əl Balzamı və dəriyə hopmasını təmin etmək üçün əlck geyinin. Ekstrimal temperaturlara məruz qalmaqdan çəkinin və unutmayın ki, daxili quru isti də zərif dərilərə ziyanlıdır.

Yatmış Gözəl

BƏDƏNINIZI CAVANLAŞDIRIN
Gecə, bədəniniz gün ərzində məruz qaldığı xarici təsirlərdən bərpa olunur. İdeal yuxu müddəti insandan insana görə fərqlənir, ancaq orta hesabla hər gecə 7 və ya 8 saat yuxu olmalıdır. Kifayət qədər yuxu üçün yataq otağınızda dinc bir atmosfer yaratdığınızdan əmin olun. Rahatlıq hissi üçün Yastıq üçün Rahatlaşdırıcı Mist istifadə edə bilərsiniz.
Günəş Şualarına Qarşı Diqqətli Olun
GÜNƏŞ ŞUALARINDAN QORUNMAĞI UNUTMA
Qış günəşi dəri üçün yay günəşi qədər zərərli ola bilər, buna görə üzünüzü qorumağı unutmayın. Ən asan yol, hər gün, hətta qışda da xizək sürməyə gedirsiniz isə və ya açıq havada çox vaxt keçirirsiniz isə, SPF tərkibli bir nəmləndirici, BB və ya CC krem tətbiq etməkdir.

Sağlam Qidalanma

SAĞLAM QIŞ PƏHRIZI
Sağlam qidalanma qışda, ilin qalan hissəsindən də çox vacibdir. Kifayət qədər C vitamini qəbulu immunitet sisteminizi artırmaqla yanaşı, güclü bir antioksidan olduğundan kollagen ifrazını dəstəkləyərək və hüceyrələrin yaşlanmasını məhdudlaşdıraraq dərinizin parlaq görünməsinə kömək edəcəkdir. Bibər, cəfəri, kivi, sitrus və bütün təzə meyvə və tərəvəzlər kimi seçiminiz var! Omega-3 (yağlı balıq, qoz-fındıq, kətan toxumu) dərinin daha hamar və elastik olmasında iştirak edir.
Dəriniz ilə Daha Zərif Davranın
DƏRINIZI QULLUQ REJIMINƏ UYĞUNLAŞDIRIN
Qışda hava dəri nəm itkisinə meyllidir, buna görə nəmin artması və təbii inqrediyentlər ilə zəngin olan zərif məhsullar bir ehtiyacdır. 😍 Losyonunuzu krem ilə, kirşanınızı maye məhsul ilə və adi təmizləyicinizi köpük və ya süd əsaslı birinə dəyişdirə bilərsiniz (Immortelle Precious üz üçün Təmizləyici Köpük bizim favoritlərdən biridir!). Effektivliyi və nəmləndirməni artırmaq üçün kremdən əvvəl Serum tətbiq edin.

Bədəninizə Sevgi ilə Qulluq Edin

NƏMLƏNDIRMƏ
Daha qısa, ilıq duş qəbul edin və dərinizin lipid qatını pozduğu üçün çox isti sudan çəkinin. Vannanıza əlavə edilmiş incə üyüdülmüş yulaf qaşınan və ya qıcıqlanan dərini rahatlaşdırmaq və yumşaltmaq üçün möcüzələr göstərəcəkdir. Həm də qış ayları üçün mükəmməl bir incə təmizləyici (eksfoliant) kimi çıxış edə bilərlər.
Son olaraq, duş qəbulundan sonra dərini mütəmadi olaraq nəmləndirin. Dərinizin nə qədər quru olduğundan asılı olaraq, Shea Ultra Zərif Bədən Kremi və ya Shea Ultra Qidalandırıcı Bədən Kremi seçə bilərsiniz.
