Sadəcə bir brend deyilik!

L'OCCITANE brendi 1976-cı ildə, onun qurucusu Olivier Baussant efir yağlarını distillə etməyə və sevimli Provansda satmağa başlayanda yaradılmışdır. Güclü prinsiplər və orijinal hekayələr üzərində qurulan brend o vaxtdan bəri durmadan böyüdü, lakin onun fəlsəfəsi eyni olaraq qalır. Təbiət önəmlidir. İnsanlar önəmlidir. Buna görə də L'OCCITANE unikal planetimizi və insanlara hörməti qorumağa yönəlmiş fəaliyyətə sahibdir.

Təbiətə Hörmətlə Yanaşırıq

Ağacəkmə Aksiyamız

Hər kəs tərəfindən sevilən Bloger, TV aparıcı və eyni zamanda Loccitane Azərbaycanın Eko Ambassadoru Səma Abiyeva ilə bərabər 13/11/2021 tarixində 200 ağac əkdik! #YaşılHəyatdır sloganı altında keçirilən tədbirdə 80 nəfər iştirak edib!

video izlə

Qadının Gücü Tədbirimiz

tədbirimizdə altı spikerin çıxışı oldu!

Tədbirdə öz bilik və təcrübələrini bölüşərək, qadınları ilhamlandırıb və daha yaxşı və sağlam həyat tərzinə keçid etmək üçün məsləhətlərini bölüşdülər:

1. Elnarə Şıxlinskaya 2. Zülfiyyə Əliyeva 3. Səma Abiyeva 4. Gülya Əliyeva 5. Həlimə Qəmərlinskaya 6. Könül Hüseynova

Video izlə

Qarşısı alınabilən korluqla mübarizə

Bu öhdəçiliyi rəhbər tutaraq, biz eko-ambassadorumuz @semaabiyeva ilə bir layihəyə imza atdıq. Keçən ilin sonlarında apardığımız aksiyamızda 10 müayinəyə ehtiyacı olan balacalarımızı @dr.qemereliyeva müayinədən keçirtdi və bir uşağa əməliyyat təyin olundu. Eyni zamanda 4 uşaq eynək və dərmanlarla təmin olunmuşdur.
Lokal səviyyədə apardığımız bu aksiya, L’Occitane baş ofis tərəfindən “Best Practice” olaraq seçilmiş və digər ölkələrə nümunə kimi nümayiş etdirilmişdir!

video izlə

İməclik

xəzər sahilini təmizlədik!

L’Occitane Azerbaijan komandası olaraq, 23/09/2023 tarixində Novxanı çimərliyində ETS Nazirliyi ilə və @eco.volunteers ilə bərabər 800 kq yaxın tullantı toplamışdır!

video izlə