•  Gözəllik Advent Təqvimləri 

    Mövsümün ən çox arzulanan hədiyyəsi iki fərqli versiyada təqdim olunur: Classic və Prestige. 

    Brendin ikonik məhsullarından diqqətlə seçilmiş kolleksiya və xüsusi, səxavətli ölçülü məhsullar bir araya gələrək unudulmaz bir hədiyyəyə çevrilir.

  • Dekabr ayı boyunca hər səhər L’Occitane en Provence Gözəllik Advent Təqviminin hər bir qapısı Maison-un ən ikonik gözəllik məhsullarından birini üzə çıxararaq maraq oyadır və xoş sürprizlər bəxş edir.

    Üz və bədən qulluğu, əl kremləri, saç baxımı və ətirlər Provence təbiətindən ilhamlanan vahid gözəllik ritualında bir araya gəlir. Milad bayramına qədər hər gün bu xüsusi gözəllik anından zövq almaq mümkündür.

    Haute-Provence bölgəsində qonaqpərvərlik insanları sehrli şəkildə qarşılamaq sənətidir. Advent Təqvimimizin hər bir qapısı özündə brendimizin ikonik məhsullarından birini gizlədir və bayrama doğru bu həyəcanlı geri sayımı hər gün unudulmaz bir möcüzəyə çevirir.

    Advent Calendar - Prestige Edition

    Sürprizi daha da xüsusi edən 24 möcüzə.


    Saç, üz və bədən baxımı üçün brendin ən ikonik məhsullarından diqqətlə seçilmiş çeşidi və xüsusi, səxavətli ölçülü məhsulları hər gün bir-bir üzə çıxaran məhdud sayda istehsal olunmuş eksklüziv Advent Təqvimi.

    DELUXE CALENDAR HOLIDAY 2026

    Qiyməti 644.00 ₼
    Qiyməti Endirimli qiyməti 644.00 ₼
    Məhsula Bax
    DELUXE CALENDAR HOLIDAY 2026

    Advent Calendar - Classic Edition

    Gizli xəzinələr hər gün bir-bir üzə çıxır.

    Kəşf etməyiniz üçün 24 xüsusi hədiyyə! Özünüz və ya sevdikləriniz üçün nəzərdə tutulmuş bu gözəllik ritualı ilə sürpriz sevincini paylaşın.

    CLASSIC CALENDAR HOLIDAY 2026

    Qiyməti 429.00 ₼
    Qiyməti Endirimli qiyməti 429.00 ₼
    Məhsula Bax
    CLASSIC CALENDAR HOLIDAY 2026

    Nə üçün gözəllik Advent Təqvimini seçməlisiniz?

    Gözəllik Advent Təqvimini seçmək dekabr ayı boyunca hər gün özünüzə xoş bir an bəxş etmək, qayğı və rahatlıq üçün bir az vaxt ayırmaq deməkdir. Gözəllik Advent Təqvimlərimizin hər bir qapısının arxasında dəriyə qulluq və ya gözəlliklə bağlı kiçik bir sürpriz gizlənir. Çox vaxt sınaq ölçülü təqdim olunan bu məhsullar yeni qulluq rutinlərini kəşf etmək üçün ideal fürsətdir.

    Bu təqvimlər həm gözəllik həvəskarları, həm də bütün ailə üzvləri üçün – istər qadınlara, istərsə də kişilərə – orijinal Milad hədiyyəsi seçimidir. Eyni zamanda, Haute-Provence bölgəsinin zəngin təcrübəsi ilə yaradılmış, duyğulara xitab edən gözəllik məhsulları dünyasını kəşf etməyə dəvətdir.

    L’Occitane gözəllik Advent Təqvimlərinin içərisində nələr var?

    Gözəllik Advent Təqvimlərimiz üz kremləri və serumlar, duş gelləri və ətirli bədənə qulluq məhsulları, əl kremləri və saç baxımı vasitələri də daxil olmaqla, müxtəlif məhsullardan ibarət xüsusi seçim təqdim edir.

    Müxtəlif ətirlərin və gözəllik rituallarının bir araya gəldiyi bu təqvimləri, eyni zamanda, ətir Advent Təqvimləri də adlandırmaq olar. Belə ki, onların hər birində gündəlik qulluğunuz üçün nəzərdə tutulmuş məhsullarla yanaşı, brendimizin seçilmiş ətir kompozisiyaları da yer alır.

    Hər bir qapının arxasında Maison-un dekabr ayı bitdikdən sonra da zövqlə istifadə edə biləcəyiniz ikonik məhsullarından biri gizlənir.

    Bu il Advent Təqvimi iki fərqli versiyada təqdim olunur: Classic və Prestige. 2026-cı il Advent Təqvimlərimizi kəşf edin və bayrama doğru bu xüsusi geri sayımın sizə ən uyğun olanını seçin.

    Gözəllik Advent Təqviminizi necə təkrar istifadə edə bilərsiniz?

    Təkrar emal edilə bilən kartondan hazırlanan gözəllik Advent Təqvimlərimiz bayram mövsümündən sonra da yeni məqsədlər üçün istifadə oluna bilər.

    Təqviminizi gözəllik məhsullarınızı və ya zinət əşyalarınızı saxlamaq üçün dekorativ qutuya çevirərək ilboyu istifadə edə bilərsiniz. Bu, məhsulun istifadə müddətini uzatmaqla yanaşı, daha məsuliyyətli gözəllik yanaşmasına sadiqliyimizi də əks etdirən düşünülmüş bir seçimdir.

    Milad hədiyyəsi ideyaları axtarırsınız?

    Bayram sehrini davam etdirmək üçün Milad hədiyyə dəstlərimizi, üz və bədən baxımı dəstlərimizi, eləcə də kiçik Milad hədiyyələrimizi kəşf edin.

    Haute-Provence bölgəsinin zəngin təcrübəsini özündə birləşdirən, brendimizin ikonik məhsulları və məhdud sayda təqdim olunan xüsusi kolleksiyaları ilə sevdiklərinizə unudulmaz anlar bəxş edin. Hər bir hədiyyə xoş sürprizlər yaratmaq və bayram sevincini daha da sehrli etmək üçün xüsusi olaraq hazırlanıb.

    FAQ

    Advent Təqvimi nə vaxt başlayır və ilk qapı nə zaman açılır?

    Advent Təqvimi dekabrın 1-də başlayır. Milad bayramına doğru geri sayım davam edərkən, 24 gün ərzində hər gün bir qapı açılır və bu xüsusi ritual dekabrın 24-ü axşamına qədər davam edir.

    Advent Təqviminin mənşəyi nədir?

    Almaniyada bir əsrdən çox əvvəl uşaqların Milad bayramına qədər qalan günləri saymasını asanlaşdırmaq məqsədilə yaranan Advent Təqvimi zamanla şokolad hədiyyələrindən daha geniş məna kəsb etməyə başlayıb. Bu gün gözəllik Advent Təqvimləri hər gün kəşf ediləcək dəriyə qulluq və kosmetik məhsullarla bayram gözləntisini daha da xüsusi və zövqlü bir rituala çevirir.

    Gözəllik Advent Təqvimini necə seçmək olar?

    Təqvim seçərkən onun tərkibinə daxil olan məhsul çeşidini – üz, bədən, əl və saç baxımı vasitələrini, eləcə də ətirləri – nəzərə almaq vacibdir. Bununla yanaşı, formulaların keyfiyyəti və mənşəyi, məhsulların ölçüləri, büdcəniz, həmçinin təqvimi hədiyyə olaraq, yoxsa özünüz üçün seçməyiniz də önəmlidir.

    Bir çoxları üçün L’Occitane en Provence Advent Təqvimi brendi kəşf etməyin ən gözəl yollarından biridir. Haute-Provence bölgəsində hazırlanmış, brendin ikonik məhsullarını özündə birləşdirən bu xüsusi təqvim gözəllik dünyasına xoş bir səyahət vəd edir.

    Gözəllik Advent Təqvimi almağa dəyərmi?

    Bəli, xüsusilə də təqvimin tərkibindəki məhsullardan dekabr ayından sonra da istifadə etmək mümkündürsə. Qida Advent Təqvimlərindən fərqli olaraq, dəriyə qulluq və gözəllik məhsullarından ilboyu zövq almaq olar. Sınaq ölçülü məhsullar isə tam ölçülü versiyasını seçməzdən əvvəl müxtəlif məhsulları sınamaq və kəşf etmək imkanı yaradır.