Néroli & Orchidée Ətir Suyu

SKU: 12ET075NO22

Néroli & Orchidée Ətir Suyu
Néroli & Orchidée Ətir Suyu
Adi qiymət 127.00
/
ƏDV ilə Çatdırılma qiyməti sifariş rəsmiləşdiriləndə hesablanır.
Ölçü:

Tətbiq

Romantik görüşə getməzdən öncə bu çiçəkli-meyvəli tualet suyunun yüngül şırnağını bədəninizin nəbz vuran nöqtələrinə - boyuna, sinəyə və biləyə vurun. Bu təkcə bədəndə ən həssas yerlərdən biri deyil, həm də bu yerlərdə bədəninizin istisi ətri gücləndirməyə kömək edir. Ətrin daha uzun müddət qalması və onun cəlbedici gücünü artırması üçün çəkməzdən öncə bədəninizi Neroli və Səhləb çiçəyi ətirləndirilmiş bədən südü ilə nəmləndirin.
Kompozisiya naringi və portağalın parlaq sitrus akkordları ilə açılır. Neroli və Səhləb çiçəyi kompozisiyasının əsasında – müxtəlif qitələrdə bitən iki ağ çiçəyin ahəngdar kombinasiyası durur: Aralıq dənizinin neroli çiçəklərinin efir yağı və ekzotik Madaqaskar səhləb çiçəyinin absolyutu. Onun mərkəzində neroli və inciçiçəyinin notları şaftalı və əncirin südlü şirəsinin məxməri meyvə çalarları ilə bir araya gəlir. Baza iris və müşklə müşayiət olunan səhləb çiçəyi ilə təmsil olunub. Meyvə notları ətrə yüngül və pozitiv əhval-ruhiyyə verir. Bu ətrin intensivliyi və davamlılığının gücləndirilməsi üçün onun üzərindən bədən üçün süd qatı çəkin. Neroli və Səhləb çiçəyi ətir suyu Provansda Aralıq dənizi sahillərində yerləşən gözəl, mənzərəli münbit fransız şəhərinin şərəfinə adlandırılmış Qrass Ətir kolleksiyasına daxildir. Bu şəhər ətirli bitkilərin becərilməsi, ekstraksiya metodları və onların təkrarsız ətirlərin yaradılması üçün uzaq ölkələrdən gətirilən qiymətli komponentlərlə kombinasiyası sahəsində çoxəsrlik təcrübəsi sayəsində “dünya ətriyyat paytaxtı” kimi məşhurlaşmışdır.

Seçilmiş inqrediyentlər

ALCOHOL - AQUA/WATER - PARFUM/FRAGRANCE - CITRUS AURANTIUM AMARA (BITTER ORANGE) FLOWER OIL - CITRUS AURANTIUM AMARA (BITTER ORANGE) FLOWER EXTRACT - VANILLA PLANIFOLIA FRUIT EXTRACT - ETHYLHEXYL METHOXYCINNAMATE - ETHYLHEXYL SALICYLATE - BUTYL METHOXYDIBENZOYLMETHANE - BENZYL SALICYLATE - LIMONENE - HYDROXYCITRONELLAL - ALPHA-ISOMETHYL IONONE - CITRONELLOL - LINALOOL - CITRAL - ISOEUGENOL - GERANIOL - BENZYL ALCOHOL - FARNESOL - CI 17200/RED 33 - CI 19140/YELLOW 5

Customer Reviews

No reviews yet
0%
(0)
0%
(0)
0%
(0)
0%
(0)
0%
(0)