L’Occitane geniş çeşidli hamam və düş məhsullarını və müvafiq aksesuarlarını təklif edir. L’Occitane-nın bütün əldə edilmiş təcrübəsini otel kolleksiyalarına tətbiq etmişik, bunun səyasində məhsullarımız qonaqlarınıza unudulmaz təcrübə bəxş edəcək. Möhtəşəm təbii formullar, cəlb edici və innovativ qablaşdırmalar, və daimi məhsul çeşidlərimiziт yeniləməsi.
İnnovativ və Eko-dizaynlı kolleksiyalar
Sitrus-Minəçiçəyi Kolleksiyası
Provansdan orqanik minəçiçəyin ekstraktı və limonu ilə hamam ləvazimatları. İki canlandırıcı təravətli ətir yeni və orijinal bir kolleksiyada birləşdirilib. 98% bioloji parçalana bilən formullar
Aromakologiya Kolleksiyası
197 ildən etibarən bizim təsisçimiz ilk dəfə efir yağlarını Provansda distilə etdikdən sonra, Efir yağları L’OCCITANE məhsulunun tərkibində həmişə əsas yer tutub. Aromatik xüsusiyyətləri ilə səyahətçini canlandırmaq üçün Aromakologiya bədən və saça qulluq vasitələr kolleksiyamızı kəşf edin
Şi-Minəçiçəyi Kolleksiyası
Əsirlər boyu Burkina Faso qadınları dərilərini sərt şərtlərdən qorumaq üçün şi yağından istifadə edirdilər. Bu kolleksiyada şi yağı və minəçiçəyin təravətli və canlandırıcı ətiri ilə birləşdirilib
Badam Bərk kolleksiyası
Badam yağı ilə hazırlanmış, sulfat, silikon tərkibi olmayan, 100% təkrar emal edilə bilən qablaşdırmada: bərk badam sabunu, şampunu və kondisioneri.
Dayanıqlı və Premium Badam Dispenserlər
Lüks və dəbli qümüş dispenser uzunmüddətli paslanmayan poladdan hazırlanmışdır.Planetə təsirimizi azaltmaq üçün innovativ həll.
Dispenserlər üçün tutacaq
Paslanmayan poladdan 300 ml həcimli dispenserlər üçün tutacaq. Ekoloji və rahat.
Aksessuarlar
Otel ləvazimatlarımızı tamamlamaq üçün zərif və elegant aksessuar kolleksiyası.
Hədiyyə dəstləri kolleksiyası
Qonaqlar və səyahətçilər üçün mini dəstlərin geniş çeşidi.